Keçmiş UFC çempionu Qetjiyə Nurməhəmmədovla döyüşməyin yolunu göstərdi

11 Sentyabr 2020 23:15

Keçmiş UFC çempionu Henri Sexudo amerikalı Castin Qetjiyə Həbib Nurməhəmmədovla necə döyüşməli olduğu barədə tövsiyə verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Essentially Sports" məlumat yayıb.

"Qetji üçün qələbənin açarı riskə girmək, ayaqları "loukik"lərlə məhv etmək və "teykdaun"lardan özünü qorumaqdır. Həbib oyunçudur - döyüşlərini hislər üzərində qurur. Qetjinin bir tutarlı "loukik"i döyüşün gedişini dəyişə bilər", - deyə H.Sexudo bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədovla Castin Qetji arasında döyüş oktyabrın 24-də keçiriləcək.

Milli.Az