Türkiyə Superliqasında yeni mövsüm başlayır

11 Sentyabr 2020 17:55

Bu gün Türkiyə Superliqasında 2020/21 mövsümünə start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yeni mövsümə "Rizəspor" - "Fənərbaxça" matçıyla start veriləcək.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray"ın ilk oyunu isə sabah olacaq. İstanbul təmsilçisi "Qaziantep"i qəbul edəcək.

Qeyd edək ki, Superliqanın yeni mövsümündə çempionatda 21 komanda iştirak edəcək.

11 sentyabr

Türkiyə Superliqası, 1-ci tur

21:00 "Rizəspor" - "Fənərbağça"

12 sentyabr

18:00 "Fatih Karagümrük" - "Yeni Malatyaspor"

18:00 "Sivasspor" - "Alanyaspor"

21:00 "Qalatasaray" - "Qaziantep"

21:00 "Göztəpə" - "Dənizlispor"

13 sentyabr

18:00 "Ankaragücü" - "Ərzurumspor"

18:00 "Kayserispor" - "Kasımpaşa"

21:00 "Antalyaspor" - "Gənclərbirliyi"

21:00 "Trabzonspor" - "Beşiktaş"

14 sentyabr

21:00 "Hatayspor" - "Başakşəhər"

Milli.Az