Naxçıvanda orta aylıq əməkhaqqı yanvar-iyulda 16% artıb

11 Sentyabr 2020 16:03

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 527,6 manat təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,1% çoxdur.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

Milli.Az