PSJ-nin qapıçısı “Fulhem”də

11 Sentyabr 2020 14:18

PSJ-nin qapıçısı Alfons Areola karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Fuhem" 27 yaşlı futbolçunu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Areola 2020/21 mövsümünü icarə əsasında "Fulhem"də keçirəcək. Bundan başqa, klub qolkiperi birdəfəlik transfser etmə haqqına da sahib olacaq.

Qeyd edək ki, fransalı qapıçı ötən mövsüm icarə əsasında "Real"da oynayıb.

Milli.Az