Premyer Liqamızda 2-ci tur başlayır

11 Sentyabr 2020 11:45

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Digər görüşdə isə "Qarabağ" "Keşlə"nin qonağı olacaq.

Qeyd edək ki, turun digər oyunları 12-13 sentyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki,  çempionatın matçlarına koronavirus səbəbindən azarkeşlər buraxılmır.

11 sentyabr (cümə)
 
19:00. "Neftçi" - "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
Bakcell Arena

21:00. "Keşlə" - "Qarabağ"
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
ASK Arena

12 sentyabr (şənbə)

19:00."Səbail" - "Zirə"
"ASCO Arena"

13 sentyabr (bazar)

19:00."Sabah" - "Qəbələ"
"Bank Respublika Arena"

Milli.Az