Bakıda gənci qonşusu bıçaqladı

10 Sentyabr 2020 22:17

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Böyük Şor qəsəbəsi, "Daş Karxanası" ünvanında baş verib. 1995-ci il təvəllüdlü Səfərov Nurlan Vüqar oğlu kirayə götürdüyü mənzildə qonşusu ilə əlbəyaxa dava edib.

Dava zamanı N.Səfərova çoxsaylı bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az