Məktəblərdə tibbi maskadan istifadə məcburi olacaqmı? - RƏSMİ CAVAB

10 Sentyabr 2020 22:13

Təhsil müəssisələrində tibbi maskadan istifadə məcburi olmayacaq.

Bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən xüsusi karantin rejimi dövründə təhsilalanlara dair tələbələrdə bildirilib.

Qaydalarda qeyd edilib ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində  təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.

Milli.Az