"Latsio" "Fənərbaxça" ilə danışıqlara başladı

10 Sentyabr 2020 20:12

"Fənərbaxça" futbolçusu Vedat Muriqinin "Latsio"ya keçəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubun rəsmi saytı 26 yaşlı hücumçuya görə Roma təmsilçisi ilə danışıq apardıqlarını açıqlayıb.
 
2019-cu ilin yayında "Fənərbaxça"ya transfer edilən Muriqinin klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.
 
Qeyd edək ki, "Sky Sport İtalia" nəşri "Latsio"nun kosovalı forvardla 5 illik müqavilə imzalayacağını yazıb.

Milli.Az