Bakıda AİLƏ FACİƏSİ - 1 yaşlı uşağın ölümünə səbəb oldu

10 Sentyabr 2020 17:21

Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Milli.Az nazirliyə istinadən xəbər verir ki, sentyabrın 9-da saat 15 radələrində Xətai rayonu ərazisində V.Əliyev "BMW" markalı avtomobili idarə edərkən bacısı oğlu, 1 yaşlı Ziya Məmmədovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az