DİM sədri ötənilki məzunlarla bağlı açıqlama verdi

10 Sentyabr 2020 16:17

Bu il qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən ötənilki abituriyentləri keçən il verdikləri buraxılış imtahanlarının nəticələrini nəzərə almaqla ixtisas seçimi müsabiqəsinə buraxa bilərik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ötənilki buraxılış imtahanlarının nəticələri bu il də qüvvədə qalıb: "Buna görə də abituriyentlər həmin imtahanın balı da nəzərə alınmaqla, builki müsabiqədə iştirak edə bilərlər".

Milli.Az