Məleykə Abbaszadə: Kolleclərə ixtisas seçimi ali məktəblərə qəbulun nəticələri məlum olduqdan sonra başlayır

10 Sentyabr 2020 16:13

11 illik təhsil bazasıdan kolleclərə ixtisas seçiminə ali məktəblərə qəbulun nəticələri məlum olduqdan sonra başlanılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda kolleclərə ixtisas seçimi ilə bağlı konkret tarix söyləmək mümkün deyil: "Ola bilsin ki, sentyabrın sonunda bu prosesə başlanılacaq".

Milli.Az