"Arsenal"ın futbolçusu David Luis bir aya yaxın yaşıl meydanlardan uzaq qala bilər.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu boynundan zədə alıb. Bu səbəbdən braziliyalı müdafiəçinin Premyer Liqada 2020/2021 mövsümünün əvvəlini buraxağı bildirilib.
Qeyd edək ki, D.Luis 2019-cu ilin yayından London təmsilçisində oynayır.
Milli.Az