Nigar Camal 41 yaşını belə qeyd etdi - Pandemiya səbəbindən... - FOTO

10 Sentyabr 2020 17:22

"Eurovision-2011" təmsilçimiz Nigar Camalın son paylaşımı maraqla qarşılanıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, iri yarıqlı, qırmızı əlbisəsi ilə izləyicilərinin gözünü oxşayıb. İfaçı ad günündə ona hədiyyə olunan gül buketləri ilə çəkilən fotosunu "İnstagram"da yayımlayaraq, bu sözləri qeyd edib:

"Pandemiya səbəbindən çox qonaq dəvət etmək mümkün olmadı. Ancaq əziz insanlarla keçirdiyim bu 3 gün mənim üçün unudulmaz oldu".

Qeyd edək ki, Nigar Camal 1980-ci il sentyabrın 7-də Bakıda doğulub.

Milli.Az