Bakıda yeniyetmə bıçaqlanıb

10 Sentyabr 2020 08:08

Bakının Binəqədi rayonunda dava zamanı 17 yaşlı oğlan bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

2003-cü il təvəllüdlü Şahmarzadə Ayxan Mobil oğlu dostu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı çoxlu qan itirərək xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır.

Milli.Az