Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib - 10 nəfərə yaxın şəxs xəsarət alıb - FOTO

9 Sentyabr 2020 22:34

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Saray qəsəbəsinə gedən yeni yolda qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az