Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

9 Sentyabr 2020 21:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 9-na olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 140 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 980 978 test aparılıb. Aktiv xəstə sayı 2 058 nəfərdir, onlardan 139 nəfər reanimasiyadadır, 15 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az