Ağacların dibinə tökülən beton təmizlənib, ərazi nəzarətə götürülüb

9 Sentyabr 2020 18:47

Ötən gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılmışdı.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, BŞİH-in müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib, acağların dibi betondan təmizlənib, ağaclara su verilib və ərazi nəzarətə götürülüb.

Milli.Az