"Barselona" Depayla razılığa gəldi

9 Sentyabr 2020 22:37

"Lion"un futbolçusu Memfis Depay "Barselona"ya keçməyə yaxındır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, niderlandlı hücumçu Kataloniya klubunun təklifi ilə razılaşıb. Klublar arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Depay ötən mövsüm 22 matçda 15 qol vurub, 2 məhsuldar ötürmə edib.

Milli.Az