"Everton" da yeni transfer

9 Sentyabr 2020 20:04

"Everton" daha bir futbolçunu heyətinə cəlb edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liverpul təmsilçisi Watford-un yarımmüdafiəçisi Abdulaye Dukureni transfer edib.

Everton bu keçid üçün Watford-a 25 milyon funt-sterlinq təzminat ödəyib. 27 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.

Milli.Az