Essyen oynayan məşqçi oldu - Yeni klubu

9 Sentyabr 2020 19:44

"Səbail"dən ayrılan ulduz futbolçu Maykl Essyenin yeni iş yeri bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Danimarkanın "Norşellan" klubunda baş məşqçi Fleminq Pedersenin köməkçilərindən biri olacaq. Klubun rəsmi saytı qanalı veteran futbolçu ilə 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalandığını açıqlayıb. Essyenin oynayan məşqçi olacağı bildirilib.

Qeyd edək ki, "Çelsi", "Real" və "Milan" kimi klublarda oynamış Essyen 2019-cu ilin martından "Səbail"də çıxış edirdi.

Milli.Az