"Çelsi" daha bir futbolçusunu icarəyə verdi

9 Sentyabr 2020 19:34

"Çelsi" müdafiəçisi İtan Ampadunu icarəyə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Uels millisinin üzvü karyerasını "Şeffild Yunayted"də davam etdirəcək. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ampadu 2017-ci ildə "Ekseter Siti"dən "Çelsi"yə keçib. O, 2019/20 mövsümünü Almaniyanın "Leyptsiq"klubunda keçirib.

Milli.Az