Niyə behişt və cəhənnəm əbədidir?

12 Sentyabr 2020 20:15

İbni Haşim nəql edir: "Həzrət Əba Abdullahdan (ə) behiştlə cəhənnəmin cavidan olmasının sirri barəsində soruşdum.

Həzrət (ə) buyurdu: "Cəhənnəm əhli cəhənnəmdə ona görə əbədidirlər ki, niyyətləri bu olmuşdur: əgər dünyada həmişəlik olsalar, Allah Təalaya üsyan və itaətsizlik etsinlər.

Behişt əhli ona görə cavidan behiştdədirlər ki, dünyada niyyətləri bu olmuşdur: əgər dünyada qalıcı olsalar, davamlı olaraq Allaha ibadət etsinlər.

Ona görə də bu iki dəstənin niyyəti behişt və cəhənnəmdə əbədi olmaqlarına bais olmuşdur".

Sonra Həzrət (ə) bu ayəni tilavət edir: "De: "Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir)". ("İsra" 84).

Buyurdu: Yəni, öz niyyət və qəsdinə görə". (Həvzəh)

Allah Təala bizləri niyyəti İlahi olanlardan qərar versin!

Milli.Az