Dövlət Kukla Teatrına yeni direktor təyin olunub

22 Aprel 2010 18:10
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, R.Əhmədzadə 1980-ci ildən teatr sahəsində çalışır. O, 1996-cı ilin yanvarından Dövlət Kukla Teatrının direktor müavini postunu tuturdu.

R.Əhmədzadə 1963-cü ildə Bakıda doğulub.

Xatırladaq ki, teatrın əvvəlki direktoru Rəhman Quliyev aprelin 7-də iş otağında qəflətən dünyasını dəyişib. 55 yaşında dünyasını dəyişmiş R.Quliyev Dövlət Kukla Teatrına 10 ildən artıq rəhbərlik edib.

Milli.Az