Bu gün "Real"la "Rayo Vallekano" arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq matçı ləğv edilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb "Rayo Vallekano"nun bir futbolçusunun kornovarisa yoluxma şübhəsinin olmasıdır.
Hazırda klub testin nəticəsini gözləyir. Digər oyunçuların sağlamlığını riskə atmamaq üçün görüşün oynanılmamasına qərar verilib.
Milli.Az