CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 8-də 40,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,02 dollar/barel azdır.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,02 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,08 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 38,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,9 dollar/barel azdır.
Milli.Az