"Atletiko”nun müdafiəçisi millimizə qarşı oynamayacaq

9 Sentyabr 2020 19:14

Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Monteneqro yığması ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid "Atletiko"sunda çıxış edən Stefan Saviç cəzalı duruma düşüb.

Komandanın kapitanı C liqasının 1-ci qrupunun ilk iki turunda Kipr (2:0) və Lüksemburqla (1:0) matçlarda sarı vərəqə alıb. Bu səbəbdən 29 yaşlı müdafiəçi 3-cü turda Azərbaycanla matçı buraxacaq.

Qeyd edək ki, Monteneqro - Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.

Milli.Az