Belçikadan darmadağın, Fransa və Portuqaliyadan qələbə

9 Sentyabr 2020 11:00

UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün  A, C və D liqasında ümumilikdə 9 oyun keçirilib.

A Liqasının 2-ci qrupunda Belçika evdə İslandiyanı darmadağın edib - 5:1. İngiltərə səfərdə Danimarka ilə qolsuz bərabərə qalıb.

3-cü qrupda Fransa doğma meydanda Xorvatiyaya 4:2, Portuqaliya isə səfərdə İsveçə 2:0 hesabı ilə qalib gəlib.

C liqasında Azərbaycan Nikosiyada Kipri məğlub edib - 1:0.

8 sentyabr

A liqası

2-ci qrup

22:45. Belçika - İslandiya - 5:1

Qollar: Aksel Vitsel, 13, Mişi Batşuayi, 17, 69, Dris Mertens, 50, Jeremi Doku, 80 - Holmbert Fridyonsson, 11

22:45. Danimarka - İngiltərə - 0:0

3-cü qrup

22:45. Fransa - Xorvatiya - 4:2

Qollar: Antuan Qrizmann, 43. Antoni Marsyal, 45+1, Dayo Upamekano, 65, Olivye Jiru, 76 (pen.)  - Deyan Lovren, 17, Yosip Brekalo, 55

22:45. İsveç - Portuqaliya - 0:2

Qollar: Kriştiano Ronaldo, 45+1, 72

C liqası

1-ci qrup

22:45. Kipr - Azərbaycan - 0:1

Qol: Maksim Medvedev, 29

22:45. Lüksemburq - Monteneqro - 0:1

Qol: Fatoş Beqiraj, 90+3-pen

2-ci qrup

18:00. Gürcüstan - Şimali Makedoniya - 1:1

Qollar: Tornike Okriaşvili, 13-pen - Milan Ristovski, 33

20:00. Ermənistan - Estoniya - 2:0

Qollar: Aleksandr Karapetyan, 43, Anqulo Vbeymar, 65

D liqası

2-ci qrup

22:45. San-Marino - Lixtenşteyn - 0:2

Qollar: Nikolas Hasler, 3, Yanik Frik, 14

Milli.Az