Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Türkiyənin "Qalatasaray" klubu bir futbolçusu ilə yollarını ayırıb.
Milli.Az Apasport-a istinadən bildirir ki, hücumçu Adəm Büyük İstanbul təmsilçisi ilə vidalaşıb.
33 yaşlı forvard Super Liqada çıxış etməkdə davam edəcək. O, sabiq komandası "Yeni Malatyaspor"la anlaşıb. Adəm 2021-ci ilin yayına qədər müqavilə ilə məxsus olduğu "cim-bom"u keçmiş komandasına dəyişib.
Qeyd edək ki, Adəm Büyük "Qalatasaray"a ötən ilin yayında məhz "Yeni Malatyaspor"dan keçib.
Milli.Az