Xəbər verdiymiz kimi bu gün tanınmış gitara ifaçısı Nofəl Süleymanov ehtiyatsızlıqdan oğlu tərəfindən qətlə yetirilib.
Milli.Az big.az-a istinadən bildirir ki, əməkdaşı mərhum musiqiçinin bacısı oğlu idmançı Anar Süleymanovla əlaqə saxlayıb. Anar bildirib ki, Şövqi ehtiyyatsızlıqdan atasını güllələyib, hazırda şok vəziyyətindədir:
"Hazırda hadisə yerindəyəm. Polislər burdadır. Ekspertiza aparırlar. Oğlu şokdadır. Ekspertizanın rəyindən sonra dayım Ağcabədidə dəfn olunacaq".
Milli.Az