Yaşar Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

8 Sentyabr 2020 17:04

Prezident İlham Əliyev Y.Ə.Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilir.

Milli.Az