Qızının adını “Kürdüstan” qoyan şəxsə bəraət verildi - FOTO
22 Aprel 2010 17:58
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, məhkəmə iclasında çıxış edən ata bildirib ki, qızının adını terror təşkilatını təbliğ etmək məqsədilə qoymayıb: "2008-ci ilin fevralında qızım Helin Kürdüstan anadan oldu. Ona doğum şəhadətnaməsi almaq üçün müraciət etdim. 2009-cu ildə bir qrup jurnalist evimə gəldi. Uşağın adı ilə bağlı peportaj hazırladılar, şəkil çəkdilər. Mən ittihamı qəbul etmirəm. Məqsədim terror təşkilatının təbliğatını aparmaq deyildi".
Məhkəmə təqsirləndirilənin cəzalandırılması üçün əsas və inandırıcı dəlil olmadığından ona bəraət verib.
Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
