Müəllimlər üçün son imtahan

8 Sentyabr 2020 09:28

Sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, imtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub.

Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Milli.Az