Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - FOTO

7 Sentyabr 2020 23:39

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Zığ yolu şosesində "Daewoo" markalı avtobus yoldan çıxıb.

Hava limanı istiqamətində hərəkətdə olan 60 nömrəli sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb.

Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.

Milli.Az