4 otaqlı ev yanıb

7 Sentyabr 2020 22:40

Saatlı rayonunun Qara Nuru kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az