Dərslər neçə dəqiqə olacaq? - YENİLƏNİB - FOTO

7 Sentyabr 2020 19:38

19:38

İbtidai siniflərdə bir dərsin 25, 5-6-cı siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: "Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək".

V.Yaqublu əlavə edib ki, virtual dərslərin isə müddəti 30 dəqiqədən çox olmamalıdır.

--------

19:09

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ibtidai siniflərin dərsi 25 dəqiqə davam edəcək.

Bununla bağlı artıq müəllimlər tərəfindən valideynlərə dərs cədvəli də göndərilir.

Birinci qrupun dərsi saat 08:00-dan 09:25 aralığında olacaq. Tənəffüs isə 5 dəqiqə çəkəcək.

İkinci qrupun birinci dərsi isə 09:45-də start götürəcək. Sonuncu dərs isə 10:45-11:10 aralığında olacaq.

Milli.Az