DİN Masallıda dilənçilərin sayının artmasına münasibət bildirdi

7 Sentyabr 2020 20:14

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Masallı rayonunda dilənçiliklə məşğul olanların sayının artması ilə bağlı yayılan məlumatla münasibət bildirib.

Nazirlikdən Milli.Az-a verilən məlumatda bildirilir ki, yayılan məlumat uydurmadır: "Bildiririk ki, iddianın heç bir əsası yoxdur. Belə ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə mütəmadi reydlər təşkil edilir və dilənçiliklə məşğul olanlara rast gəlinməyib".

Milli.Az