"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, London təmsilçisi "Burton Albion"un 17 yaşlı qapıçısı Teddi Şerman-Lounu transfer edib.
Bu barədə "zadəganlar"ın mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma qapıçının növbəti mövsümdə icarə əsasında "Barton Albion"da çıxış edəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Chelsea bu yay Hakim Ziyex, Timo Verner, Malanq Sarr, Tyaqo Silva, Ben Çiluell və Kay Havertsi də heyətinə qatmışdı.
Milli.Az