Premyer Liqa klubundan yeni transfer

7 Sentyabr 2020 14:02

"West Bromwich" klubu heyətini yeni futbolçuyla gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Wigan"dan Sedrik Kipreni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçiylə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan Kipre, 2018-ci ildən "Wigan"da çıxış edirdi.

Milli.Az