Adil Raminin yeni klubu müəyyənləşdi

7 Sentyabr 2020 13:51

Fransa yığmasının sabiq müdafiəçisi Adil Raminin yeni iş yeri müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra Portuqaliyanın "Boavista" klubunun uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Fransa millisi ilə DÇ-2018-in qalibi olmuş təcrübəli futbolçuyla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, geridə qalan mövsümə "Fənərbağça" klubunda başlayan Rami, qışda İstanbul təmsilçisindən ayrılaraq Rusiyanın "Soçi" komandasına keçmişdi. Amma o, bu komandada rəsmi oyuna çıxmadan Rusiya karyerasını başa vurmuşdu.

Milli.Az