Bir vaxtlar uşaq ulduzlarından olan "Sihirli annem"in Cereni Gizem Güven futbolçu Caner Turp ilə nikah masasına oturub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, toydan əvvəl jurnalistlərin suallarını cavablandıran aktrisa həyəcanlı olduğunu gizlətməyib.
"Həyəcanlıyıq, sadəcə nikah edəcəyik. Bir az tərsliklər oldu. Hazırda toy haqda düşünmürük. Xına gecəsi etdik, çox maraqlı alındı. Toy təxirə düşəndən sonra xına gecəsi bir az bizi əyləndirdi" deyə, Gizem bildirib.
Toyda "Sehirli annem"in ulduzları da yer alıblar.
Milli.Az