Mahir Emreli Kiprə yollanmayacaq

6 Sentyabr 2020 23:25

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emreli millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacaq.

Milli.Az