Tovuzda yaşlı kişini elekrik cərəyanı vuraraq ölüdürüb

6 Sentyabr 2020 23:07

Tovuzda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində baş verib.

1948-ci il təvəllüdlü Sabir Ələkbərov evdə elektrik işləri görən zaman onu cərəyan vurub. Yaşlı kişi xəstəxanaya aparılırkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az