Depay La Liqaya keçir

7 Sentyabr 2020 07:21

"Barselona" "Lion"un hücumçusu Memfis Depayı transfer etmək üçün hərəkətə keçib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonlar baş məşqçi Ronald Kumanın tələbi ilə niderlandlı futbolçu üçün 25 milyon avro təklif göndərib.

Məlumata görə, "Barselona" 26 yaşlı hücumçu ilə ilkin razılıq əldə edib.

Qeyd edək ki, Depayın "Lion"la müqaviləsinin başa çatmağına 1 il qalıb.

Milli.Az