"Sevilya"nın futbolçusu koronavirusa yoluxdu

7 Sentyabr 2020 01:30

"Sevilya"nın futbolçusu Munir El-Haddadidə koronavirusa yoluxub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, ispan hücumçudan götürülən analizin nəticəsi müsbət çıxıb.

Karantinə alınan 25 yaşlı forvardın özünü yaxşı hiss etdiyi və xəstəliyi simptomsuz keçirdiyi bildirilib. Sabah oyunçular və məşqçilər yenidən testdən keçiriləcəklər.

Milli.Az