Tovuz sakini Kürdə boğulub

6 Sentyabr 2020 19:27

Tovuz rayonunda bir nəfər Kür çayında batıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilli kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Ümid Elçin oğlu Kürdə boğulub.

Meyit çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Milli.Az