Facebook Messengerdə 1 mesajı eyni şəxsə göndərməyə limit tətbiq olundu

8 Sentyabr 2020 23:40

Facebook Messenger üzərindən göndərilən mesajların yayılması limitini azaltmaqa qərar verib. Belə ki, bir nəfərə göndərdiyiniz mesajı eyni anda yalnız əlavə olaraq digər 5 şəxsə və ya qrupa göndərmək olar. Bu qərar pandemiya və ABŞ-da yaxın zamanda keçiriləcək seçkilərin yaxınlaşması ilə əlaqədardır. İnsanların bir-birinə eyni məzmunlu mesajların göndərilməsi tez-tez dezinformasiyanın yayılmasına səbəb olur. Limitsiz sayda bir mesajı istifadəçilər arasında bölüşülməsi xoşagəlməz nəticələrə səbəb olur. Buna görə də biz Messengeri daha təhlükəsiz bir platforma olmasını təmin etmək üçün bunu tətbiq edirik deyə, Facebookdan verilən məlumatda qeyd olunur.

Milli.Az