Təzə soğanlı və pendirli çörək

8 Sentyabr 2020 08:55

Təzə soğanlı və pendirli çörək
* 1 bütöv bulka çörək
* 250 qram pendir
* 100 qram kərə yağı
* 1 kiçik dəstə göy soğan
* zövqə görə spesin.
Hazırlanması:
Qızdırıcı soba 180 dərəcə qızdırılır. Çörək ortadan bölünür və arası bıçaqla aralanır, duxovkada 15 dəqiqə qızardılır. Pendir nazik-nazik doğranır, çörəyin arasına qoyulur, üzərinə duru yağ tökülür, xırda doğranmış göy soğan səpilir, zövqə görə spesin əlavə olunur. Sonra çörək folqaya bükülüb 1-2 dəqiqə qril sobasında qızardılır. Folqa 2 tərəfdən diş çöpü ilə deşilir. Qızarılan zaman pendir tamamilə əriməlidir. Çörək boyat olarsa, yeməyiniz daha ləzzətli olar.

Milli.Az