Lobyalı toyuq ruleti

8 Sentyabr 2020 07:21

Lobyalı toyuq ruleti.
Lazım olan ərzaqlar:
Toyuq filesi - 500 qr
Baş soğan - 2 ədəd
Lobya - 200qr
Pomidor - 2 ədəd
Kök - 2 ədəd
Bitki yağı
Duz, istiot
Hazırlanma qaydası:
Axşamdan isladılmış lobya bişirilir, suyu süzülür. Baş soğan xırda doğranır və yağda qızardılır, üzərinə xırdalanmış kök, qabığı soyulmuş pomidor və lobya əlavə olunub birlikdə qovrulur. Duz və istiot vurulur.
Toyuq filesi streçin arasında döyülür, düzlanır və istiotlanır. İçlik toyuq filesinin üzərinə yığılıb rulet şəklində bükülür və yağ əlavə edlmiş formaya yerləşdirilir. Rulet əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.

Milli.Az