Sumqayıt sakini narkotik vasitənin təsirindən ölüb

6 Sentyabr 2020 11:52

Sumqayıtda küçədə meyit tapılıb.

Milli.Az bildirir ki, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.

Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif  Bünyad oğlu olduğu məlum olub.

Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Milli.Az