Ağstafada ağır qəza - Xəsarət alanlar var

6 Sentyabr 2020 10:34

Ağstafada 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində olub.

Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində Tovuz rayon sakinləri - 31 yaşlı Novruz Tağı oğlu Hümbətov və 21 yaşlı Ramin Mehman oğlu Hüseynov xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az